Şənbə , Dekabr 4 2021
Ana səhifə / Şou Biznes / “Aqşin Fateh burada simasını itirdi” – Ramal

“Aqşin Fateh burada simasını itirdi” – Ramal

Ötən gün “Maşın” realiti şousunda media günü keçirilib.

Axşam.az xəbər verir ki, iştirakçılar jurnalistlərin suallarını cavablandırıb.

Müğənni Ramal İsrafilov “Sizcə, burada simasını kim itirdi” sualına belə cavab verib:

“Aqşin Fateh burada simasını itirdi. O, çox kinli insandır. Durur, guya ki, ağıllıdır. Nə ağlı var, nə də bir şeyi. O qızdan söz ona aparır, bu qızdan söz buna gətirir. Onu belə tanıdıq – Ondan buna söz aparan kimi…. Gedəndə də, salam verdim, üzünü çevirdi. Belə insan olmaz”.

Həmçinin oxuyun

“Plastik əməliyyatla 15 yaş cavanlaşdım” – Kübra Əliyeva

Əməkdar artist Kubra Əliyeva plastik əməliyyatla görünüşündə dəyişiklik etdirib. Aktrisa 15 yaş cavanlaşdığını deyib. Bu …