Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Aqil Abbas və Rəşad Məcid Kremlin məsləhətçiləri kimi danışır” – Nizami Məmmədov

“Aqil Abbas və Rəşad Məcid Kremlin məsləhətçiləri kimi danışır” – Nizami Məmmədov

“Məni bir azərbaycanlı kimi təəccübləndirən  odur ki, hörmətli Aqil Abbas və Rəşad Məcid kimi ziyalı adı daşıyan adamlar Türkiyədən üzr istəməyi tələb edirlər. Maraqlıdır, 20 yanvar, Xocalı soyqırımına, Azərbaycan torpaqlarının işğalında ermənilərə verdiyi dəstəyə, minlərlə insanımızı öldürüldüyünə, yurd-yuvasından digərgin saldığına görə, bəlkə biz də Rusiyadan üzr istəməliyik?”

Bunu tanınmış ixtiraçı həkim, tibb elmləri namizədi Nizami Məmmədov Aqil Abbas və Rəşad Məcidlinin Türkiyədən üzr tələbini şərh edərkən bildirib.

Moderator.az-a açıqlamasında Nizami həkim Türkiyənin rus hərbi təyyarəsini vurmasını bir neçə xəbərdarlıqdan sonra atılmış qətiyyətli addım kimi qiymətləndirib. Onun fikrincə, Rusiya bütün xəbərdarlıqlara baxmayaraq, öz qanunsuz əməllərini, başqa ölkələrin, o cümlədən Türkiyənin hava məkanını pozmağı davam etdirirdi: “Haqlı olaraq Türkiyə ona cavab verməliydi və verdi”.

“Rusiya hərbi təyyarələrinin türkmənlərin başına bomba yağdırmağa nə haqqı var?”-deyə Aqil Abbas və Rəşad Məcidə sual ünvanlayan həmsöhbətimizə görə, Moskva İŞİD bəhanəsi ilə Suriyada dinc sakinlərə qarşı hərbi təcavüz həyata keçirirdi və kimsə onun bu aqressiyasının qarşısını almalıydı.

Azərbaycan dövlətinin insidentə soyuqqanlı yanaşmasının anlaşılan olduğunu deyən Nizami həkimin fikrincə, ziyalılarımızın Rusiya meylli mövqeyi isə başadüşülən deyil: “Azərbaycan ziyalısı adını daşıyan insanların nəyinsə xatirinə Türkiyəyə Rusiyadan üzr istəməyi rəva görmələri acınaqlı və qardaşlığa yaraşmayan hərəkətdir. Özünü rus demokratı adlandıran Aleksey Navalnı yalnız rus aqressiyasına haqq qazandırdı. Bizim bəzi ziyalılarımız da, təəssüf ki, Kremlin məsləhətçiləri kimi danışırlar”.

Bir həkim kimi hər bir ölüm hadisəsinə, o cümlədən rus pilotlarının həyatını itirməsinə təəssüflənən N. Məmmədov faciənin səbəbini Türkiyədə deyil, rus təvazökarlığında axtarır və hadisənin doğuracağı nəticələr barədə nikbindir: “Rusiyanın aqressiv siyasətinə haqq qazandırmaq etik normalara ziddir. Xüsusilə azərbaycanlılar üçün. Mən bu hadisənin analizini vermək istəmirəm. Amma inanıram ki, məlum insident Türkiyə-Rusiya münasibətlərinə ciddi xələl gətirməyəcək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın