Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Apreldə şəhid olan polkovnikin ad günüdür –

Apreldə şəhid olan polkovnikin ad günüdür –

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifovun doğum günüdür.

AzVision.az xəbər verir ki, Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlib. 1992-ci ildə Şiştəpə kənd orta məktəbindən məzun olaraq, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycana qayıdıb.

Həmin ildən Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində tağım komandiri kimi fəaliyyətə başlayıb. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunub. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak edib. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi alıb.

Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi olub.

Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.

Şəhid polkovnikin iki qızı, bir oğlu yadigar qalıb.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın