Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Aprel şəhidləri…- VİDEO

Aprel şəhidləri…- VİDEO

Azərbaycan və Ermənistan  arasında  baş verən, aprel döyüşləri kimi tarixə düşmüş atəşkəs dövrünün ən iri miqyaslı hərbi toqquşmasından 1 il ötür.

Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını almaq məqsədiylə Azərbaycan ordusu ötən il aprel ayının 2 də cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçir.
Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunmasını tam başa çatdırır. Tərtər rayonunun Talış kəndi ərazisindəki adsız yüksəkliklərə nəzarətin Azərbaycana keçməsi isə Goranboyun Tap-Qaraqoyunlu kəndini  atəş məsafəsindən uzaqlaşdırır. Əməliyyatlar zamanı Ermənistan tərəfi  320 nəfərədək döyüşçüsünü itirir. 500 nəfər döyüşçüsü isə yaralanır. Qarşı tərəfin 30 tankı, 15 dək artilleriya qurğusu da məhv edilir.
Aprel döyüşlərində Azərbaycan ordusu da şəhidlər verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın