Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / Anası şəhidimizin tabutunu çiynində daşıdı

Anası şəhidimizin tabutunu çiynində daşıdı

Orucəliyev Qabil aprelin 2-dən bu günə qədər cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərlərimizdəndir

Vətən uğrunda şəhid olan Orucəliyev Qabilin meyiti ailəsinə təhvil verilib.

Şəhidimizin dəfn mərasimində anası oğlunun tabutunu çiynində daşıyıb.

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Anası isə həm şərəflə , həm göz yaşı ilə balası ilə sağollaşıb.

Xatırladaq ki, Q.Orucəliyev yenicə ata olubmuş.

Yeni doğulan körpəsini görməmiş həyata gözlərini yuman əsgərin dəfn mərasimindən görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın