Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Anar Nağılbazın pornoçarxına meyxana həsr elədilər

Anar Nağılbazın pornoçarxına meyxana həsr elədilər

Məşhur Azərbaycan meyxanaçıları toylardan birində reper Anar Nağılbazın pornoçarxını məsxərəyə qoyublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, məclisin qonaqları arasında Orxan Lökbatanlı, Aydın Xırdalanlı, Rəşad Dağlı, Ələkbər Yasamallı və digərləri olub.

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə reperin iştirakı ilə pornoçarx yayılıb. Reper özü bu çarxın videomontaj olduğunu və onu pərəstişkarları qarşısında biabır etmək məqsədilə hazırlandığını bildirib.

Toyda Ələkbər Yasamallı meyxana oxuyarkən Nağılbazın sosial şəbəkələrdə yayılan pornovideosuna eyham vurub və bu, toydakı qonaqların gülüşünə səbəb olub.

Uşaqlıqdan dostluq etdiyi meyxanaçılardan belə hərəkət gözləmədiyini bildirən reper sayta müsahibəsində qəzəbini gizlətməyib.

“Onlar belə hərəkət eləməməli idilər. Çünki məni yaxşı tanıyırlar və bilirlər ki, mən heç vaxt belə səhvə yol vermərəm. Artıq az qalıb. Mən məhkəməyə hazırlaşıram. Tezliklə həmin videonun sadəcə montaj olduğu aydınlaşacaq və onda onlar bu sözlərinə görə xəcalət çəkəcəklər” — deyə Nağılbaz bildirib.

Reper bildirib ki, bundan sonra adıçəkilən şəxsləri bağışlamaq və onlarla hər hansı əlaqə saxlamaq niyyətində deyil.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …