Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Şou Biznes / Anar Nağılbazın ölümündən bir il ötür

Anar Nağılbazın ölümündən bir il ötür

Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın ölümündən bir il ötür.

Reper 2018-ci ilin avqustun 4-də dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, reperin ölümünə stres səbəb olub. 

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. 

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb. 

45 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Ötən ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu. O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur. Azvision.az 

Həmçinin oxuyun

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, …