Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Anar Məmmədovu Türkiyə şou-biznesi ilə nə bağlayır…

Anar Məmmədovu Türkiyə şou-biznesi ilə nə bağlayır…

Keçmiş nazirin oğlu atasının pullarını Türkiyə sənətçilərinə dağıdırmış…

Son vaxtlar keçmiş nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı Türkiyə şou-biznesi ilə birgə hallanmaqdadır. Əvvəlcə bir müddət gözdən “itən” Anar Məmmədov İstanbulda məşhur müğənni Alişanın toyunda üzə çıxdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi toyun görüntülərində A.Məmmədovun da fotoları yer almışdı. Sonradan məlum oldu ki, Alişanın xanımı aktrisa Busə Varolun xınasında geyindiyi qırmızı libas Ziya Məmmədovun gəlini və Heydər Əsədovun qızı Fəridə Məmmədovanın sahibi olduğu moda evinə məxsusdur. Türkiyə mətbuatında da Məmmədovlarla Alişanın çox yaxın münasibətləri olduğu haqda məlumatlar dərc edilib.

Ümumiyyətlə, Anar Məmmədov Türkiyə şou-biznesində də kifayət qədər tanınır. Belə ki, onun məşhur türk müğənnisi Hadisəyə çimərlik bağışlaması uzun müddət mediada müzakirə edilmişdi.

Xatırladaq ki, A.Məmmədovun Hadisə ilə münasibətləri hələ 2009-cu ildən başlayıb. Həmin il Türkiyə mətbuatında azərbaycanlı nazir övladlarından birinin Hadisəyə onunla “baş-başa görüşmək” təklifi etdiyi haqda məlumatlar yayılmışdı. Türkiyə mediasında bu, “əxlaqsız təklif” kimi dəyərləndirilirdi. Məlumata görə, Hadisə bundan qəzəblənib və Bakıda olarkən hoteldən bayıra çıxmayıb.

Türkiyə mətbuatının yazdığına görə, nazir oğlu ona “Bakıya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin. Səni gözləyirəm” məzmunlu mesaj göndərib. Buna etiraz edən Hadisəyə növbəti dəfə “İstəyirsə, ansambl ilə birlikdə gəlsin, amma Hadisə mənim yanımda oturacaq” mesajı göndərilib. Bu təklif də keçərli olmayıb. O dövrdə mətbuatda müğənniyə belə bir mesajı göndərənin kimliyi də yazılmışdı və onun Anar Məmmədov olduğu bilinmişdi. Məlumata görə, Hadisənin Bakıdakı konsertdə səhnəyə 2 saat gec çıxmasına səbəb də məhz A.Məmmədovun məlum təklifi olub.

İllər sonra isə Anar Məmmədovun müğənni Hadisə üçün Bodrumda böyük bir çimərlik aldığı məlum oldu. Məlum olduğu kimi, həmin “La Play” adlanan çimərlik 2016-cı ildə tikilib və ilk sahibi A.Məmmədov olub. Göründüyü kimi, keçmiş nazirin oğlu atasının pullarını türk sənətçilərinə dağıdırmış…

Lakin bu günlərdə məlum olub ki, həmin çimərliyin sənədləşməsi tam başa çatmadığı üçün  2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması barədə qərar çıxarıb.

Bir faktı da qeyd edək ki, illər öncə Anar Məmmədovun adı məşhur türk müğənnisi İbrahim Tatlısəsin adı ilə də birgə çəkilirdi. Belə ki, o, müğənninin Türkiyə telekanallarından birində fələstinli uşaqlar üçün həyata keçirdiyi xeyriyyə marafonuna telefonla qoşularaq, 50 min lirə ayırdığını bəyan etmişdi. Səsini eşidən kimi İbrahim Tatlısəs kimi məşhur müğənni də onu tanıya bilmişdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …