Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “Anam ölmüşdü, amma gedib toyda oxuyurdum…“ – Afət Fərmanqızı

“Anam ölmüşdü, amma gedib toyda oxuyurdum…“ – Afət Fərmanqızı

“Bu bizim işimizdir. Mənim anam ölmüşdü, mən gedib toyumu oxuyurdum. Mən hamballığa gedirəm. Kefdən toy edən sizsiniz, biz deyilik”. Bu sözləri minval.info-ya Məhərrəm ayında toyların davam etməsi ilə bağlı verilən suala açıqlaması zamanı tanınmış müğənni Afət Fərmanqızı deyib. Xanım müğənni bildirib ki, sosial şəbəkələrdə toya gedən müğənnilərə qarşı qəzəbli fikir bildirən şəxslər var: “O gün izləyicilər yazırlar ki, niyə toya gedirsiz? Deyirəm, ay balam, mən hamballığa gedirəm. Bu mənim hamballıq işimdir. Mən fəhləçiliyə gedirəm. Siz Məhərrəm ayında işə getmirsiniz? Təbbi ki, gedirsiniz. Mənə pulumu ver, mən toya getsəm, belə nə deyim, ən şərəfsiz adamam. Dolanışığımı ver, yeməyimi, içməyimi… Mən getməyəcəyəm. Amma siz kefdən edirsiniz toyu. Hələ üstəgəl gətirib 5 min də müğənniyə pul verirsiniz, kefdən. Aparın verin qazi ailələrinə, şəhid ailələrinə… Müğənniyə 5 – 10 min pulu niyə verirsiniz? Verməyin. Deməli kefdən siz eliyirsiniz. Bu bizim hambalçılığımızdır. Gətirsin məni qınıyan adam mənə yemək pulumu versin, bazarlığımı versin. Mən getməyəcəyəm, oturacağam evimdə. Tələbatımı versin, geyimimdir, yeməyimdir, qohum- əqraba toyudur, 300 birinə, 500 birinə pul yazılıram. Gətirin verin, getməyim. Sualı mənə yox, toy edənlərə, izləyicilərə verin – siz niyə kefdən aparıb müğənnilərə pul verirsiniz? Get, yeməyini bişir, ye… Restoranın musiqiçisi 200 manata oxuyur, çağırın da… Deməli 2000, 5000, 15000 manata müğənni çağırırsınızsa nədəndir bu? Kefdən… ”

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …