Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Anam deyir, belə geyinmə“ – Mənzurə Musayeva

“Anam deyir, belə geyinmə“ – Mənzurə Musayeva

“Bəzən elə hallar olub ki, toya getmişəm ki, oxuyum. Həmkarlarım mikrofonu masanın altında gizlədiblər. Mikrofonu verməyiblər ki, bir ağız oxuyub gedim. Bu nə deməkdir? Hələ mikrofonu çantaya qoyanlar da olub. Toya gəlirsən səsi alırlar, gedəndən sonra səs normal işləyir. Bu paxıllıq nə deməkdir?”

Bunu müğənni Mənzurə Musayeva deyib.

O əlavə edib: “Bir dədə tTez-tələsik toya getmişəm, ayaqqabı yadımdan çıxıb. Həmişə maşında ayaqqabılarım olub, arxayın olmuşam ki, maşında dəyişəcəm.

Musiqiçiyə zəng edib demişəm ki, sən Allah, mənim üçün ayaqqabı tapın. Hər dəfə uzun paltar geyinirəm, bu dəfə tərslikdən qısa geyinmişəm. Bir əcaib ayaqqabı tapıb gətirdilər. Bütün toyu ayağıma baxa-baxa oxudum. Əslində heç kim ayağıma baxmırdı, amma mənə elə gəlirdi ki, hamı ayağıma baxır”.

Mənzurə Musayeva bildirib ki, anası ən böyük tənqidçisidir:

“Mənzurə açıq-saçıq geyinmə, qısa geyinmə” deyir. Bəzən olur ki, verilişlərdə bir az sevgidən, məhəbbətdən danışıram. Anam baxıb əsəbləşir. Evə gizlin gəlib, qapını sakitcə açıb, girirəm içəri. İstəmirəm ki, o anda məni görüb danlasın. Fikirləşirəm ki, səhər nə deyər-deyər”. Moderator

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …