Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Ana öz oğlunu niyə tilsimə saldı? – Maraqlı

Ana öz oğlunu niyə tilsimə saldı? – Maraqlı

Bu gün Vasiflə rastlaşdım (ad şərtidir). Köhnə tələbəlik xatirələrimizi yada salıb xeyli gülüşdük. Onunla həm qrup yoldaşı, həm yerli, həm otaq yoldaşı, həm də yaxın dost idik (indi də dostuq) Onunla aramızda bir xatirəmiz var ki, heç vaxt unuda bilmirəm. Hər yadıma düşəndə həm gülürəm, həm də heyrətlənrəm. İstəyirəm həmin xatirəni oxucularımla bölüşüm ki, onlar da həm gülsünlər, həm də düşünsünlər.

Deməli, vasif 35 yaşına çatmasına baxmayaraq hələ də evlənmək istəmirdi. Ailələri və işlədiyi dövlət orqanının rəhbəri özünə deməkdən bezikib, axırı mənə deyirdilər ki, səninlə yaxın dostur, sən de, bəlkə sənin sözünə baxıb evlənə. İşlədiyi dövlət orqanı da sovet ənənələrinə sadiq qaldığından qarşısında şərt qoymuşdular ki, ya evlənməlisən, ya da işdən çıxmalısan. Qoçağım Vasif də yaz olanda hamıya deyirdi payızda evlənəcəm, payız olanda da deyirdi yazı gözləyirəm…

Bir gün bir dostum zəng elədi ki, filan yerdəyəm, gəl bir çay içək, söhbət eləyək. Həmin vaxt Vasiflə birlikdəydim, dedim maşınla məni apar dostumuzla görüşək.

Nə isə, söhbət əsnasında dostuma dedim ki, sən bəsirətli adamsan, deyə bilərsənmi ki, bu Vasif niyə evlənmir?

Dedi Vasif yazıq necə evlənsin, ona öz anası tilsim etdirib, bağlatdırıb!?

Dedim qardaşım, bu çox qəliz söhbət oldu; heç inana bilmədim axı. Ana öz oğlunu niyə tilsimə salsın ki? O ki, hər gün məndən xahiş edir ki, Vasifə de evlənsin. Bu necə ola bilər? Dedi getsin anasından soruşsun, boynuna alacaq.

Dostumuzdan aralananda Vasifə dedim axşam bu söhbəti ananla dəqiqləşdir, sabah mənə danış görüm nə məsələdir?

Səhər tezdən gördüm Vasif gülə-gülə girdi ofisə. Dedim nə xəbər var, niyə gülürsən?

Dedi demərsənmi anam boynuna aldı hər şeyi.

-Necə yəni, boynuna aldı? Nəyi boynuna aldı?

– Mən tələbə olan vaxtı gedib qonşu kənddəki falçının yanına ki, kəndimizdə filankəsin oğlu tələbə vaxtı özüylə qız gətirdi, valideynlərinin razılığı olmadan evlndi. Qorxuram Vasif də şəhərdən qız gətirə. Elə elə ki, o gələndə özüylə qız gətirməsin. Falçı da “yaxşı” deyib nəsə eləyib. Anam deyir bu əhvalatı unutmuşdum; dedin, indi yadıma düşdü.

Vasif bu söhbəti danışdıqca, xəyalım bir anlıq tələbəlik illərinə qayıtdı. Yadıma düşdü ki, həmin illərdə biz qrup qızları, qonşu qızlarla danışıb-gülərkən, ad günlərinə gedərkən, Vasif heç vaxt qızlar olan məclislərə getməzdi, onlarla danışıb-gülməzdi; həmişə qızlardan qaçardı. O vaxtlar mən bunu utancaqlıq əlaməti hesab edirdim. Sən demə vəziyyət başqa cürə imiş. Anası müvəqqəti bağlamaq istəsə də falçı kökündən vurubmuş.

Bu gün həmin xatirələri Vasiflə birlikdə yenidən yada salıb, xeyli güldük.

Söz ardı: bu xatirəni bölüşdüm ki, oxucularım da həm gülüb, həm düşünsünlər. Bilsinlər ki, falçıdan, cadugərdən heç vaxt insana xeyir gəlməz.

Paşa Yaqub – psixoloq

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın