Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / AMEA şəhərciyinin “cibi dolu” direktoru

AMEA şəhərciyinin “cibi dolu” direktoru

Məlum olduğu kimi, bu ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib. Bu da məlumdur ki, Akademiya şəhərciyinin keçmiş direktorunun fəaliyyətindən burada çalışan elmi işçilərin böyük əksəriyyəti, hətta demək olar ki, istisnasız hamısı artıq uzun müddətdən bəri idi ki, ciddi narazılıqlarını ifadə edirdilər. Düşünmək olardı ki, şəhərciyin direktorunun dəyişdirilməsilə bir çox problemlər də öz həllini tapacaq. Lakin aradan keçən müddət ərzində bu gözləntilərin özünü doğrultmadığı və belə davam edərsə, heç doğrultmayacağı da məlum olub. Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalardan birində deyilir: “Yadınıza gəlirsə, məşhur “Qaynana” filmində belə bir epizod var. Əli adlı personaj deyir ki, “İndi yığışacaqlar bura, baş dolu, cib boş. Mənimki onlarla tutmaz…” Bu gün bizim akademiyanın təsərrüfat sahəsində də belə bir vəziyyət yaranıb. Bu şəhərcik direktoru vəzifəsi nə matahdırsa, onu tutan şəxs elə gözümüzün önündəcə, az bir müddətdən sonra dəyişib əzazil bir məxluqa çevrilir. Bilirik, əlbəttə ki, onun tutduğu bu vəzifədə nə yolla və nə qədər qazandığını biz də bilirik. Amma məsələ bundadır ki, onun getdiyi yolu biz gedə bilmərik. Buna görə də şəhərcik direktorunun “qazancında” gözümüz də yoxdur. Təki bizi narahat etməsin. Amma edir. Bayram Babayev yeni təyin olunanda düşündük ki, bəlkə bunun “başı dolularla” işi olmaz. Amma yanılmışıq. Akademiyanın resursları hesabına öz cibini dolduran şəhərcik müdiri, az qala alimləri də özünə aid olan “inventar” yerinə qoymağa çalışması ilə, hər kəsin əsəbləri ilə oynayır. Yenə də mühafizəçilərin elmi işçilərə qarşı törətdikləri kobudluqlar səngimək bilmir. Bununla bağlı edilən müraciətlərə isə, şəhərciyin rəhbərliyi belə cavab verir ki, onlar öz vəzifələrini icra edirlər. Görəsən nədir bunların vəzifələri? Elmi araşdırmaları ilə, yüzlərlə, minlərlə insana savad, bilik verməklə Vətənə, xalqa xidmətdə ömürlərini keçirmiş ahıl insanları incitmək, təhqir etmək, onlarla kobud davranmaqmıdır mühafizəçinin vəzifəsi? Əslində akademiyanın administrativ vəzifə tutmayan tədqiqatçılarına qarşı belə münasibət mühafizə sistemində çalışanlar üçün artıq çoxdan adiləşmiş bir haldır. Rəhbərliyin dəyişməsi də bu vəziyyəti dəyişmədi. Digər tərəfdən də, nə bu münasibətdən, nə də şəhərcik rəhbərliyinin törətdiyi müxtəlif maxinasiyalardan AMEA-nın rəhbərliyinə şikayət etmək imkanı da yoxdur. Çünki belə cəhdlərə cavab olaraq, dərhal həmin əməkdaşın çalışdığı institutun və ya şöbənin rəhbərliyi tərəfindən müvafiq “əks-tədbirlər” görülür. Bunun nəticəsi isə, elm adamları üçün çox ağır olur. Az öncə dediyim kimi, bu “şəhərcik direktoru” nə matahdırsa, hamı da onunla hesablaşır. Bundan maksimum yararlanmağa çalışan Bayram Babayev də alim və tədqiqatçılara qarşı açıq aşkar saymamazlıq edir və tabeliyində olan işçiləri də buna sövq edir. Belə təəssürat yaranır ki, onlar AMEA əməkdaşlarının elmi tədqiqatlarını stimullaşdırmaq üçün şəraiti daha da yaxşılaşdırmaq əvəzinə, digər işlərlə məşğuldurlar. Yalnız həyətdə görülən abadlıq işlərini özlərinin “əvəzsiz” xidmətləri kimi göstərməyə çalışırlar. Amma məsələn, əsas binada çox tez-tez suyun iş vaxtının sonuna xeyli qalmış kəsilməsi onları qətiyyən narahat eləmir! Çünki abadlıq işlərində “kənar” gəlirlərin imkanları qat-qat çoxdur. Akademiya şəhərciyinin rəhbərliyinin belə fəaliyyəti, bütün elmi əməkdaşlarda haqlı və ciddi narazılıqlar yaradır…”

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik. (dia.az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın