Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / AMEA prezidentindən alimlərə ingilis dili tələbi

AMEA prezidentindən alimlərə ingilis dili tələbi

Akademiyada keçirilən beynəlxalq səviyyəli konfranslar zamanı alim və mütəxəssislərimiz öz elmi nəticələrini ingilis dilində təqdim etməyi bacarmalıdır.

Trend-in məlumata görə, bunu AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə ingilis dilini öyrənməyin müasir dövrün ən böyük tələblərindən olduğunu vurğulayaraq AMEA institutlarında bu məqsədlə dil kurslarının təşkilinin vacibliyini önə çəkib. A.Əlizadə uzunmüddətli elmi ezamiyyətlər zamanı əldə olunan elmi nəticələr və təcrübələrin hesabat xarakterli broşür şəklində nəşr olunmasının vacibliyini də qeyd edib.

AMEA prezidenti Akademiyada patent xidmətinin təşkili ilə bağlı təcrübənin kifayət qədər olmadığını da deyib. O bildirib ki, müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır. Akademiyada bu məqsədlə yaradılmış şöbənin əsas fəaliyyəti də məhz patent xidmətini təkmilləşdirməkdir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın