Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / AMEA Naxçıvan Bölməsinin kolleksiyasının təqdimatı keçirilib – FOTO

AMEA Naxçıvan Bölməsinin kolleksiyasının təqdimatı keçirilib – FOTO

AMEA Mərkəzi Elmi Kitabxana Mətbuat xidmətindən verilən məlumata görə bu gün təşkil olunan tədbirdə kitabxanada yeni yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin  kolleksiyasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan olan Naxçıvan diyarının elm, mədəniyyət və ədəbiyyatının öyrənilməsi, habelə təbliği istiqamətində son illər çox önəmli tədbirlərin həyata keçirildiyini qeyd edib. Alim görülən bu işlərlərin nəticəsi olaraq Naxçıvanın milli tarixinə yeni yanaşmanın əsasının qoyulduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli kolleksiyaya daxil olan “Naxçıvan tarixi” kitabı haqqında da danışıb. Bildirib ki, Akademiyanın Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin müəlliflər kollektivinin hazırladığı 3 cildlik kitab Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, bu diyarın ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, onların müstəqillik uğrunda mübarizəsini əks etdirən dəyərli monoqrafik tədqiqatdır.

Akademik qeyd edib ki, bu çoxcildliyin hazırlanmasına Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri, Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən başlanıb. AMEA Rəyasət Heyətinin bu ilin 17 fevralında keçirilmiş iclasında Rəyasət Heyəti kitabın aktuallığı və azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyətini nəzərə alaraq, əsəri 2015-ci ilin ən mühüm elmi  nəticəsi hesab edib və kitabın müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması qərara alınıb.

Akademik onu da əlavə edib ki, kolekksiyaya daxil olan ədəbiyyatlarda xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası, dialektləri və folkloru öz əksini tapır ki, bu da Naxçıvanla bağlılığı araşdırma aparan tədqiqtçlar üçün əvəzsiz istinad mənbəyidir.

Sonra AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı çıxış edib. Kolleksiyaya daxil olan kitablarla tanış olduğunu bildirən alim kolleksiyanın Azərbaycan xalqının tarixi keçmişini əks etdirən əsərlərlə zəngin olduğunu bildirib. Professor qeyd edib ki, bu əsərlərdə coğrafi məkanlardan söz açılır və bu məkanların Naxçıvan ərazisində qeydə alınması regionun qədim torpaq olduğunu bir daha təsdiqləyir. Bu da öz növbəsində Naxçıvana ərazi iddiaları irəli sürən ermənilər üçün tutarlı faktır.

Daha sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə dokroru Leyla İmanova kitabxananın bu günə qədər təqdim etdiyi kolleksiyalar haqqında məlumat verib. Sözügedən kolleksiyanın  akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yardıldığını qeyd edən MEK rəhbəri bura daxil olan nəşrlərin Azərbaycanın qədim torpağı olan Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, folkloru və milli dəyərlərinin araşdırılması sahəsində ərsəyə gələn qiymətli əsərlərdən ibarət oluğunu bildirib.

Tədbirdə MEK-in Oxucu-istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova AMEA Naxçıvan bölməsinin kolleksiyasına daxil olan kitablar haqqında məlumat verib. Bildirib ki, Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan bölməsindən bu kolleksiya üçün 300-dən  artıq kitab gətirilib. Kolleksiya MEK-in Akademiklər zalının yardımçı fondunda yerləşdirilib və oxucuların ixtiyarına verilib. Bura tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid ədəbiyyatlar daxildir. Bundan başqa kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var.

Tədbirdə digər çıxış edən iştirakçılar kolleksiyanın təqdimatını Azərbaycan tarixşünaslığına dəyərli töhfə kimi qiymətləndiriblər. Qafqaznews.az

Foto-2Foto-3Foto-4.Foto-5

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın