Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / AMEA işçilərinə “dövlət qulluqçusu” vermək fikrindən daşındı

AMEA işçilərinə “dövlət qulluqçusu” vermək fikrindən daşındı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə hələlik baxılmır. Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidentinin sözlərinə görə, bu məsələnin gündəmə gətirilməsi hələlik dayandırılıb. Lakin A.Əlizadə bunun səbəbini açıqlamayıb.

Məlumata görə, bunun əsas səbəbi dövlət qulluqçusu olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması üçün qoyulan yaş senzi ilə bağlıdır. Belə ki, “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçularının dövlət qulluğunda olma müddəti üçün yaş senzi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Amma hazırda Akademiyada çalışanların böyük əksəriyyəti yaşlı insanlar olduğundan dövlət qulluqçusu statusunun elmi işçilərə şamil edilməsi sərfəli deyil. Buna görə də Akademiya müvafiq qurumlar qarşısında AMEA-nın elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldırmaq fikrindən daşınıb.

Xatırladaq ki, AMEA prezidenti, akademik A.Əlizadə bu ilin iyun ayında Trend-ə açıqlamasında müvafiq qurumlar qarşısında Akademiyanın elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldıracağını söyləmişdi: “Güman edirəm ki, müvafiq qurumlar buna müsbət yanaşacaq.

Dövlət qulluqçusu statusunun verilməsinin elmi işçilərə stimul verəcək. Dövlət qulluqçusu statusunu əldə edən şəxslərə dövlət tərəfindən bəzi imtiyazlar verillir. Əgər elmi işçilər dövlət qulluqçusuna bərabər tutulacaqsa, bu bizim yaşlı alimlərimizin təqaüdlərinin artmasına da imkan verəcək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın