Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Allahşükür Paşazadə: “Ordu Bakıdan çıxmalıdır! Axmaqlıq eləməyin….” VİDEO

Allahşükür Paşazadə: “Ordu Bakıdan çıxmalıdır! Axmaqlıq eləməyin….” VİDEO

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin doğum günüdür.  68 yaşını tamamlayan Şeyxin adı ölkənin ictimai-siyasi tarixində qırmızı xətlə keçir. Azərbaycanın müstəqillyi uğrunda aparılan azadlıq mübarizəsindən kənarda qalmayan A.Paşazadə 1990-cı ilin 20 yanvar qətliamı ilə bağlı SSRİ prezidentini ittiham edən bəyanatı ilə yadda qalıb.

İnternetdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin 1990-cı il 20 yanvar faciəsindən sonra Təzəpir məscidində rus jurnalistlərinə verdiyi müsahibəsinin videoyazısı yayımlanıb.

Strateq.az  bildirir ki, müsahibə 1990-cı ilin yanvarın 27-də, qətliamdan bir həftə sonra götürülüb. İndiyə qədər heç yerdə göstərilməyən bu kadrlarda şeyx rus jurnalistlərinin yanvar faciəsi ilə bağlı suallarını cavablandırır. Bu cavablarda maraq doğuran xeyli məqamlar diqqəti çəkir.
Sovet ordusunun Bakıya daxil olmasını sərt şəkildə ittiham edən A.Paşazadə jurnalistlərə bildirir ki, bütün baş verənlərə görə günahkarlar cəzalandırılmalıdır.

“Bura bəyəm Əfqanıstandır? Sovet ordusu şəhərə niyə girib?” deyə sərt şəkildə danışan A.Paşazadə vurğulayır ki, SSRİ hakimiyyətindəki rəhbərlər Azərbaycan xalqının xarakterindən xəbəri yoxdur. Siyasi suallarla dini idarə rəhbərini müəyyən qədər sıxmaq istəyən jurnalistlərə A.Paşazadə “mən siyasətçi deyiləm. Amma gördüyümü demişəm” cavab verərək M.Qorbaçova yazdığı müraciətə üstüörtülü toxunub.

“Biz son dəqiqəyə qədər sovet ordusunun şəhərə daxil olub əhalini qıracağına inanmırdıq”-deyə A.Paşazadə bildirir.  Şeyx qeyd edir ki, 20 yanvardan sonra neçə gündür ordu şəhərdə provokasiyalar törədir. Dinc əhalini atəşə tutur. “Daha axmaqlıq eləmək lazım deyil. Ordu şəhərdən təcili çıxmalıdır” –deyə A. Paşazadə rus jurnalistlərinə bildirir. Görüşdə SSRİ xalq deputatı, o zaman Azərbaycan Dövlət Ekologiya Komitəsinin sədri Arif Mansurov da işitrak edir.

Daha sonra kadrlarda 20 yanvar faciəasində həlak olmuş Azərbaycandakı rus ailələrinin üzvlərinin şeyxlə görüşü təsvir olunur. A. Paşazadə ağlayan bu qadınlara başsağlığı verir.

Müsahibədə o dövrün gərgin atmosferi aydın nəzərə çarpır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın