Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Alla Puqaçova ailəsi ilə birgə Rusiyadan getdi – FOTO

Alla Puqaçova ailəsi ilə birgə Rusiyadan getdi – FOTO

Bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan rusiyalı müğənni Alla Puqaçova ailəsi ilə birgə Avropaya köçüb.

Oxu.Az Dni.ru-ya istinadən xəbər verir ki, Rusiyadan getməyə qərar verən Puqaçova əvvəlcə bunu yay istirahəti adı ilə edib.

Müğənniyə yaxın mənbələr iddia edir ki, uşaqları ilə gedən ifaçı hazırda Avropada ev və yaşayış üçün sənəd almağa çalışır.

“Alla və Maksim Avropaya yola düşdülər. Onlar orada yaşamaq üçün sənəd almalı idilər. Buna görə də uşaqları da apardılar. Çünki ailənin bütün üzvləri Avropada olmalı idi”, – deyə mənbə bildirib.

Mənbə söyləyir ki, Allanın pul əmanətləri də Avropa banklarındadır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …