Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Alim Qasımovun qızının konsertində gərgin anlar yaşandı

Alim Qasımovun qızının konsertində gərgin anlar yaşandı

İki gün öncə muğam ifaçısı Fərqanə Qasımovanın konsertində xoşagəlməz hadisə yaşanıb. Müğənninin ifası zamanı qəfildən salona siqnalizasiya səsi yayılıb.

Musavat.com-un əməkdaşı konsertdə yaşananları belə təsvir edib: “Birinci dəfə ifa dayanmadı, siqnalizasiyanın səsi musiqiyə yenildi. İkinci dəfə avadanlıq daha uzunmüddətli “ötdü”.

Yanğın təhlükəsinə duyarlı səs sisteminin üçüncü “zənguləsində” artıq musiqi susmuşdu. İşıqlar yandı, hamı nə olduğunu bilmək üçün qapılara tərəf boylandı, görəvlilərin qaçaqaçı başladı. Təxminən 2-3 dəqiqə sonra susmaq bilməyən siqnalizasiya səsinə avtomatik işə düşən kondinsionerlərin səsi də qoşuldu. Zalda temperatur kəskin düşdü, ventilyasiya sistemi konsert ab-havasını da çəkib salondan çıxardı. Səhnədə qripdən yenicə ayılmış və çox çətin muğamı ilk dəfə təqdim edəcək çarəsiz sənətçi, salonda “Yanırıq???” sualı ilə nə baş verdiyini anlamağa çalışan yüzlərlə seyrçi vardı”.

Hadisədən 10 dəqiqə keçməmiş Alim Qasımov gülə-gülə səhnəyə çıxıb və olanları izah edib: “Narahat olmayın, qonaqlarımızdan kimsə konsertdən çıxmağı üçün qonşu restorana kabab sifariş verib, onun tüstüsü də gəlib dolub bu binaya, siqnalizasiyalar avtomatik işə düşüb…”.

Fərqanə Qasımovanın konsertinə qarışıqlığı salan bulvardakı “Sədəf” restoranının manqalından qalxıb iki addımlıqdakı Muğam Mərkəzinə dolan tüstü imiş.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın