Cümə , Oktyabr 22 2021
Ana səhifə / Şou Biznes / Alim Qasımovun Nazpəri Dostaliyeva ilə 30 minlik borc qalmaqalı

Alim Qasımovun Nazpəri Dostaliyeva ilə 30 minlik borc qalmaqalı

Xalq artisti Alim Qasımov ötən gün xalq artisti Nazpəri Dostəliyevanın qohumu ilə aralarındakı 10 illik borc söhbətinə münasibət bildirib.

Belə ki, milletinsesi.info-ın müxbirinin suallarını cavablandıran Alim Qasımov 10 il bundan əvvəl olan məsələni kimin yenidən qaldırdığını bilmədiyini deyib:

“Onlar özləri qohumdur. Qohumluq əlaqələri çərçivəsində kim kimdən nə alıb, kim kimlə şərik olub bilmirəm. Mənim bu söhbətlərdən heç bir xəbərim yoxdur”.

Qeyd edək ki, N.Dostəliyeva yerli mətbuata açıqlamasında Alim Qasımovun əmisi oğlu Yusif adlı şəxsin 10 il bundan əvvəl biznes qurmaq məqsədilə ondan 30 min dollar məbləğində borc aldığını deyib. O bildirib ki, həmin şəxs hələ də onun borcunu qaytarmayıb.

Həmçinin oxuyun

Niyaməddin Musayevi kim, niyə bıçaqlayıb? (AÇIQLAMA)

“1986-cı ildə Niyaməddin müəllimi Gəncədə baş tutan konsertində bir fanatı bıçaqlamışdı”.Bu sözləri  ARB TV-nin “Həmin …