Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Alabala məmurların hamısı istefaya getməlidir”

“Alabala məmurların hamısı istefaya getməlidir”

“İlk gündən demişəm ki, yanmış bina təxribat da ola bilər. Bu gün də həmin fikirdəyəm. Ancaq prezident İlham Əliyevin hadisədən dərhal sonra Dövlət Komissiyasının yaradılması haqqında sərəncamının verilməsi və özünün rəhbərliyi ilk iclasının keçirilməsi ortaya real mənzərəni çıxartdı ki, məsuliyyətsiz məmurların günahı az deyilmiş.”

Bu fikiləri mətbuata acıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, məsuliyyətsiz məmurlar ucuz, kefiyyətsiz binlara üzlüklər vurmaqla öz şəxsi maraqlarını, biznesini qurublar:

”Bu adamların məsuliyyətsiz hərəkətləri ilə günahsiz 15 vətəndaşımız, o cümlədən 4 körpə balamız həyatını itirib. Onlarla ailəyə mənəvi, maddi ziyan dəyib. Bu məmurlar bütün işləri düzgün şəkildə qursaydı, bu hadisə baş verməzdi. Ona görə də bunlar ən axır cəzaya layiqdilər. Bu cür məmurların hamısı istefaya getməlidir. Alabala məmurlar kimə lazımdır? Hamısı istefaya getməlidir”

Prezident İlham Əliyevin keçirdiyi iclasla bağlı fikirlərini bölüşən BAXCP sədrinin müavini bildirib ki, görünən o oldu ki, prezident heç bir məmura məsuliyyətsiz hərəkətinə görə güzəşt etmək fikirində deyil:

”Şəxsən mən bir vətəndaş olaraq qürur hissi keçirdim ki, İlham Əliyev Abid Şərifova dedi ki, nə ilk Avropa Oyunları, nə də başqa oyunlar hadisənin yanında heç nədir və insana verdiyi dəyər hər şeydən üstündür. Prezidentin bu fikiri cəmiyyətdə son dərəcə hörmət və etiramla qarşılanır“.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın