Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”

Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”

Millət vəkili Araz Əlizadənin Rusiya-Türkiyə gərginliyinin yaranmasında rəsmi Ankaranı ittiham etməsi təkcə siyasilər arasında birmənalı qarşılanmayıb. Deputatın Türkiyənin bu məsələdə haqsız olduğu ilə bağlı fikirlər səsləndirməsi sənət adamlarını da hiddətləndirib.

AzNews.az xəbər verir ki, ona etiraz edənlərdən biri də Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurdur. Ə.Nur sosial şəbəkə vasitəsilə Türkiyənin Azərbaycan üçün etdiklərini gözardı edənləri vətən xaini adlandırıb: “Əgər Türkiyə – 1915-ci ildə (Baş nazir Tələt Paşa), 1918-ci ildə (Hərbi nazir Ənzər Paşa),1920-ci ildə (Sayın Atatürk), – olmasaydı, Cənubi Qafqazda Azərbaycan adlı məmləkət olmayacaqdı. Bunu bilməyənlər şərəfsiz, satqın və milli xainlərdir”

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik də həmkarının dediklərinə dəstək verib: “O nankora bütün xalq öz münasibətini bildirməlidir. Xalq onu Milli Məclisdən rədd etməlidir. Yoxsa bu nankor çox oyunlardan çıxacaq”.

Qeyd edək ki, noyabrın 24-də Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəni vurub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın