Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Şou Biznes / Aktrisanı aşağıladılar, “Lider”in aparıcısının halı pisləşdi — QALMAQAL

Aktrisanı aşağıladılar, “Lider”in aparıcısının halı pisləşdi — QALMAQAL

Azərbaycanda keçirilən mükafatlandırma mərasimində aktrisayla aparıcı arasında dava düşüb.

“Ölkə.Az”ın məlumatına görə, mərasimə dəvət edilən gənc aktrisa Mila Əminə aparıcı tərəfindən aşağılanıb. Baş verənləri saytımıza təsdiqləyən aktrisa bunları deyib:

“Həmin prodakşnın rəhbəri və digər əməkdaşlarla bağlı heç bir şikayətim yoxdur. Məni mükafatlandırdıqlarına görə təşəkkürümü bildirirəm. Tədbiri “Lider” telekanalının əməkdaşı İlahə Nizamiqızı aparırdı. Səhhətində problem yarandı deyə, onu Ruslan Əsədov əvəzlədi. Oradakı bir çox müğənnilər isə Ruslandan narazı qaldılar. Məni təqdim edəndə dedi ki, gənc aktrisa Mila Əminəni dəvət edirik. Səhnəyə qalxanda bildirdi ki, siz Allah bunun geyiminə baxın. Mükafatı alandan sonra təşəkkür edəndə yenə pis davrandı. Dedi ki, yaxşı, burada aktrisalıq eləmə, get, otur yerində”

Qeyd edək ki, Mila Əminə sözügedən mərasimdə “İlin gənc aktrisası” mükafatına layiq görülüb.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın