Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Aktrisa kredit borcundan danışdı: “Ödəmədim”

Aktrisa kredit borcundan danışdı: “Ödəmədim”

Dilarə Nəzərova: “158 dollar üçün 252 manat hesablayıblar”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Dilarə Nəzərova sosial şəbəkədə kredit borcundan bəhs edib.
Musavat.com xəbər verir ki, dollarla kredit borcu olan aktrisa banklarda müştərilərə güzəşt edilməməsindən gileylənib:
“Dollarla kredit borcu olanlara güzəşt edilməsi xəbərləri yalandı, heç bir xoş xəbər yoxdur. Banka krediti ödəməyə getdim, krediti təzə məzənnə ilə hesablayıblar. Dollar 0.78  olanda kredit götürmüşəm. Əlimə 5 min manat pul almışam, amma  sənədə  6 min 700 dollar yazıblar. Sonra dollar qalxdı, kömək məqsədi ilə 3 illik kreditimi 6 il etdilər,  1manat 5 qəpikdən hesabladılar. Ayda 158 dollar, yəni 166 manat ödədim. Hazırda isə 158 dollar üçün 252 manat hesablayıblar. Ödəmədim”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın