Aktrisa Aslı Envermüğənni sevgilisi Murat Bozdan ayrıldıqdan sonra evli iş adamı ilə görüşməsi barədə yayılan iddialara münasibət bildirib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa haqqında yayılan xəbərlərə sosial şəbəkədə aydınlıq gətirib: “Bu günə qədər heç vaxt doğruluq payı olmayan, ayrılıq səbəbi olaraq göstərilən çirkin iddialara cavab vermədim. Ancaq evli və uşaqlı şəxslərlə adımın hallandırılması məni və ailəmi kədərləndirir. Biz də bu barədə iddia yayan “Instagram” hesabına və qəzetə dair hüquqi prosesi başlatdıq. Bundan sonra bu tərz bütün əsassız xəbərlər üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.