Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Akif İslamzadə: “Bezmişəm artıq…”

Akif İslamzadə: “Bezmişəm artıq…”

Adama nə qədər eyni sualları verərlər axı?..

Bu sözləri xalq artisti Akif İslamzadə son vaxtlar mətbuatda, televiziya verilişlərində görünməməsi ilə bağlı Axar.az-a danışarkən deyib. Xalq artisti mətbuat və televiziyadakı eynilikdən bezdiyini bildirib:

25 ildir mənə sual verirlər ki, “Ötən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?” Belə olmaz axı, hamısı eyni suallar, eyni söhbətlərdir.

Mən mətbuatdan qaçan adam deyiləm. Əgər özünə güvənən, yeni, fərqli suallar verən jurnalistlər olsa, hər zaman onların suallarını cavablandırmağa canla-başla hazıram. Eyni suallar, eyni cavablar həm insanın özünü bezdirir, həm də tamaşaçını. Artıq eynilikdən bezmişəm”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın