Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Akif Əli: “Biz türk kökənli azərbaycanlıyıq”

Akif Əli: “Biz türk kökənli azərbaycanlıyıq”

““Cin ayrı, şeytan ayrı… Milliyətinin yerinə, dini mənsubiyyəti necə demək olar? Bu qəti düzgün deyil.

Rusiyası dövründə azərbaycanlıları milliyyət olaraq “müsəlman” adlandırırdılar.

Hətta vaxtilə ermənilərlə aramızda yaradılmış münaqişəni “erməni-müsəlman” davası adlandırırdılar. Halbuki, erməni-azərbaycanlı, erməni-türk deməli idilər.

Amma bizə qərəzli münasibətə görə din amilini qabardırdılar. Bu günsə Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Biz demokratik ölkəyik və Azərbaycan vətəndaşlarıyıq”.

Bu sözləri Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli Report-a müsahibəsində deyib.

“Din və vətəndaşlıq, millət anlayışları fərqli-fərqli məsələlərdir. Bu gün “biz müsəlman millətiyik” demək avamlıq olardı. Biz, türk kökənli azərbaycanlıyıq. Milyon ildir burada yaşayan xalqın nümayəndələriyik. Bura köçüb gəlməmişik.

Oğuz türkləri bura səlcuq türklərindən də əvvəl gəlib. Din isə bir-iki min ildir yaranıb. Kimin hansı dinə inanması onun öz şəxsi işidir. Din Tanrı ilə insanın arasında olan sirli əlaqədən ibarətdir. O mübhəmə üçüncü kimsənin qarışması, hətta kiməsə düzgün ibadət edib-etmədiyinə görə cəza verməsi – VII əsrdəki eyni cahillik əlamədidir”, – deyə o müsahibəsində qeyd edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın