Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Şou Biznes /
Akif Əlizadə: “Yaxın bir-iki ay ərzində Elmlər Akademiyasında mənzillərin bölgüsü aparılacaq”

Akif Əlizadə: “Yaxın bir-iki ay ərzində Elmlər Akademiyasında mənzillərin bölgüsü aparılacaq”

“Gənc alimlərin sosial problemlərinin həlli istiqamətində bir neçə addım atılır. Üç il ərzində Yasamalda yerləşən AMEA-nın yataqxanasında tikinti şirkəti tərəfindən birbloklu 16 mərtəbəli mənzil tikilib. Yaxın bir-iki ay ərzində Elmlər Akademiyasında mənzillərin bölgüsü aparılacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, AMEA-da mənzilə çox böyük ehtiyacı olan alimlər, xüsusilə də gənc alimlər var və onlar yaşayış şəraitlərini yaxşılaşdıracaqlar: “Eyni zamanda, akademiyanın bir neçə yerdə özünün torpaq sahəsi var. İndi dövlət qurumları ilə bu istiqamətdə danışıqlar aparırıq ki, Bakı ətrafında olan sahələrdə özümüz şirkətlərin vasitəsilə, onların maliyyə dəstəyi ilə AMEA üçün ev tikintisi üçün işlər aparaq. Başqa sosial problemlərin həllinə yönəlmiş bəzi tədbirlərimiz də var. Yaşa dolmuş alimlərin yay istirahətini təşkil etmək üçün ölkə daxilində, Abşeronda şərait yaradılmasını düşünürük”.

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın