Ana səhifə / Şou Biznes / Akademik Maqsud Əliyev vəfat edib

Akademik Maqsud Əliyev vəfat edib

Azərbaycanda fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü Maqsud Əliyev dekabrın 23-də 92 yaşında vəfat edib.

M. Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olub. O 1941-1943-cü illərdə Tiflis Dövlət Universiteti fizika-riyaziyyat fakültəsinin tələbəsi olub, lakin 1943-cü ildə təhsilini yarımçıq qoyaraq, cəbhəyə yola düşüb.

Moderator.az xəbər verir ki, akademik 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. M. Əliyev 1957-ci ildə fizika üzrə fəlsəfə dok­toru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1967-ci ildə pro­fessor elmi adını alıb. Onun yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olub. O, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirib.

M. Əliyev yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə fizika ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.

Görkəmli alimlə vida mərasimi dekabrın 26-da saat 13.00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında keçiriləcək. (apa.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın