Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Ailəsi zorlanan məktəblidən imtina etməyibmiş

Ailəsi zorlanan məktəblidən imtina etməyibmiş

Beyləqanda orta məktəb şagirdinin zorlanması hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Qafqazinfo” xəbər verir ki, müzakirə iştirakçıları ailəsinin qızdan imtina etməsini pisləyirlər. Eyni zamanda onlar bu işlə məşğul olan QHT-lərin fəaliyyətindən narazılıqlarını bildirirlər. QHT-ləri qızın taleyi ilə maraqlanmamaqda günahlandırırlar.

Qafqazinfo” məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. O, bildirib ki, xəbər yayılandan sonra qızın qohumları ilə əlaqə saxlayıb: “Biz onlara öz xidmətimizi təklif etdik. Dedilər ki, qız öz nəzarətləri altındadır. Əlavə etdilər ki, özləri bu məsələləri tənzimləyə bilərlər. Bu, elə bir mövzudur ki, ailəni başa düşmək olar. Yəqin ki, istəsələr bizim təklifimizi dəyərləndirərlər”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın