Ana səhifə / Şou Biznes / Aida İmanquliyeva – Fotolarda

Aida İmanquliyeva – Fotolarda

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri – şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

Onun elmi fəaliyyəti nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida İmanquliyeva 10 oktyabr 1939-cu ildə Bakıda dünyaya göz açıb.

Aida xanım Azərbaycan jurnalistikasına önəmli töhfələr vermiş, uzun illər “Bakı” və “Baku” axşam qəzetlərinin redaktoru vəzifəsində çalışmış Nəsir İmanquliyevin qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın anasıdır.

Aida İmanquliyeva 1993-cü ilin sentyabrın 19-da Bakıda vəfat edib.

 

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın