Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova

“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova

“Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil”.

Bunu Xalq artisti Flora Kərimova Olimpiya oyunları iştirakçılarımız haqqında sosial şəbəkələrdəki müzakirələrdən danışarkən deyib:
“Birinci növbədə bütün Olimpiya İştirakçılarımızı təbrik edirəm. Duruşları ilə, yürüyüşləri ilə Azərbaycan adını andıran hər kəsə vətəndaş olaraq təzim edirəm.
Medal alanlarımızı ayaqüstə alqışlayıram! Həmişə demişəm ki, igid odur, atdan düşə, atlana. Oyunçularımız (məni bağışlasınlar adlarını sadalamıram) nə olsun ki bu dəfə qızıl medal qazanmadılar? Dünya ikincisi və ya üçüncüsü olub. Ya da heç bir qələbəsi yoxdur. Əsas Azərbaycan bayrağı altında sənin millətini təmsil edib. Dərk edə bilirsiz bu nə deməkdir? Rafael Ağayevin medallarının sayı hesabı yoxdur. Bundan sonra bir qələbəsi olmasa belə, dünya idman tarixində adı qızıl hərflərlə yazılıb. Nə zaman sizin ağzınızın əyrisi düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq? ”.

Xalq artisti sosial şəbəkələrdə idmançıları tənqid edənlərə də səslənib:

“Sizin ağzınızın əyrisi nə vaxt düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq? Söz demək xatirinə “söz” deməkdirsə, düşündüyünüzü sosial şəbəkələrdə yazmadan öncə, papağınızı qoyun qabağınıza düşünün. Siz bu Vətən bayrağını qaldırmağa layiq şəxsiyyət olacaqsınızsa, bax o zaman millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …