Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Ağzından horra tökülür” – Ayandan Namiqə sərt sözlər(VİDEO)

“Ağzından horra tökülür” – Ayandan Namiqə sərt sözlər(VİDEO)

“Maşın” şouda növbəti qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, bu dəfə müğənni Ayan Babakişiyeva və Aşıq Namiq Fərhadoğlu arasında nahar zamanı dava olub.

“Özünü o qədər göylə aparırsan ki, nə olub, yekə qızsan. Elə bil Maykl Ceksonsan. Dünəndən səni yola verirəm, Kimsən sən? Adamını tanı. Sakit dururam, əsəbiləşdirirsən” deyə, Ayana qışqırmağa başlayıb.

Bu zaman Ayan “Səsinin tonunu aşağı sal. Ağzından horra tökülür. Hamıya xoflu-xoflu baxırsan. Səni “fışka” kimi ortaya atdılar” sözləri ilə ona qarşılıq verib.

Tərəfləri Aqşin Fateh “Mənə ən böyük udarı Ayan vurub, amma gör, onunla necə danışıram” deyərək sakitləşdirib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …