Ana səhifə / Şou Biznes / Ağrıkəsicilər infakta səbəb ola bilər 

Ağrıkəsicilər infakta səbəb ola bilər 

Adi məişətdə tez-tez istifadə etdiyimiz ağrıkəsici dərmanlar böyük dozalarda və ya uzunmüddət qəbul edilərsə, infarkt və iflic riskini artıra bilər.

Teleqraf.com xəbər verir ki, ekspertlər təxminən 120 min adam üzərində 30-dan çox klinik sınaq apararaq, ağrıkəsici dərmanların insan səhhətinə təsirini öyrəniblər.

Son sınaqlarda ibuprofen, naproksen, diklofenak kimi geniş istifadə edilən dərmanları tədqiq ediliblər.

Həkimlər artrit kimi xəstəliklərin müalicəsi üçün bu dərmanları mütəmadi qəbul etməyi məsləhət görürlər. Özü də bu zaman daha böyük doza içməyi tapşırırlar. Britaniyanın tibb jurnalında dərc olunmuş son tədqiqatda isə məlum olub ki, lumiracoxib infarkt ehtimalını, ibuprofen və digər ağrı kəsicilər isə iflic ehtimalını üç dəfə çoxalda bilər.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın