Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Ağlama Qənirə, başını dik tut, sənin göz yaşların şəhid qanıdır…

Ağlama Qənirə, başını dik tut, sənin göz yaşların şəhid qanıdır…

Tanınmış şair Şəmsi Qoca dünən ölkə mediasının manşetini bəzəyən bir olaya – ANS – in Vaşinqtondakı xüsusi müxbiri Qənirə Ataşovanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Qarabağdakı son durumla bağlı açıqlama alarkən qəhərlənməsinə isti – isti bir gözəl şeir həsr edərək Moderator.az – a göndərib:

Ağlama Qənirə, başını dik tut!
Sənin göz yaşların şəhid qanıdır,
İndi ağlamaq yox, döyüş anıdır,
Şəhidlik bu Türkün din, imanıdır,
Unut, bu kədəri, bu qəmi unut!
Ağlama, Qənirə, başını dik tut!

Azadlıq, özgürlük bu qandan keçər,
Bu yolda yüz oğul yüz candan keçər.
Ağlasan, qəlbindən min güman keçər,
Unut, bu kədəri, bu qəmi unut,
Ağlama, Qənirə, başını dik tut!

Döndər nifrətinə göz yaşlarını,
Ağlayıb sındırma qardaşlarını.
Çək, göstər, şəhdlik baş daşlarını
Onları ən uca zirvəyə tay tut!
Ağlama, Qənirə, başını dik tut!

Sözünü süngüyə çevir, qayıt, gəl!
Gözünü gülləyə çevir, qayıt, gəl!
Düşməni sözünlə devir, qayıt gəl,
Biz sənə dayağıq, sən bizə umud!
Ağlama, Qənirə, başını dik tut!

Bil ki torpaq bizim, zəfər bizimdir!
Zəfərlə açılan səhər bizimdir!
Haqq uca Tanrının, qeyrət bizimdir
Demirəm, atəşli qəlbini soyut!
Ağlama, Qənirə, başını dik tut!

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın