Ana səhifə / Şou Biznes / “Ağılsızlar, sözüm sizədir” – Röyadan tənqidlərə cavab

“Ağılsızlar, sözüm sizədir” – Röyadan tənqidlərə cavab

Əməkdar artist Röya Ayxanın sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni instaqram səhifəsində 20 Yanvar faciəsi ilə bağlı status yazıb.

Sənətçi qeyd edib ki, həmin günü heç vaxt unutmur: “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. O gün neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fəridə (İlham və Fərizə Allahverdiyevlər) var idi.  Qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu”.

Röyanın postunda şəhid düşən Fərizə Allahverdiyevanın adını “Fəridə” olaraq qeyd etməsi instaqram istifadəçilərinin narazılığına səbəb olub və müğənniyə tənqidi şərhlər yazıblar. 

Bundan sonra Röya səhifəsinin hekayə bölümündə ona etiraz edənlərə cavab verib: “Hərf səhvinə görə şərhlərdə əziyyət çəkmisiz. Yazanda həyəcanlı olmuşam, bir neçə hərfi səhv yazmışam. Bunu qoyaq kənara… Səhvləri tutanların həyat səhvləri əlindən uşaqla parka çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşar, fındıqlar çoxalar. Ağılsızlar, sözüm sizədir!”.  

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …