Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, həmin kəndlərdən olan məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələrinin üzvləri Bərdə rayonundakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər qoyub, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər 25 il əvvəl baş vermiş hadisələri xatırladıb, ermənilərin Qarabağda həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıblar. Doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyən məcburi köçkünlər işğal altında olan torpaqlarımızı azad etmək üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.