Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Ağcabədiyə gəlin köçən Aynişanın ilk görüntüləri (VİDEO)

Ağcabədiyə gəlin köçən Aynişanın ilk görüntüləri (VİDEO)

Ötən həftə təmtəraqlı şəkildə ailə həyatı quran Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva bu gün səhər saatlarında ata ocağından Ağcabədi rayonuna yola salınıb.
Fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişanın oğlan toyu Ağcabədi rayonunda keçiriləcək.
Aynişanın ata ocağından təmtəraqlı yola salma mərasimi olub.
Məclisdən görüntüləri A.Quliyeva və yaxın rəfiqələri sosial media hesablarında paylaşıblar. 
Qeyd edək ki, rəsmi nikahı 26 yanvarda baş tutan Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevin qohumları Ağcabədi rayonunda yaşayır. Bu səbəbdən də cütlüyün oğlan toyu Ağcabədidə keçiriləcək.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …