Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Ağcabədidə üç nəfər özünü binanın damından atmaq istədi (VİDEO)

Ağcabədidə üç nəfər özünü binanın damından atmaq istədi (VİDEO)

Ağcabədidə üç nəfər intihara cəhd edib. 
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli sosial şəbəkələrdə yayıb. Onunm yazdığına görə, inmtihara cəhd edənlərdən biri ailəsini dolandıra bilməyən Ramil adlı şəxsdir.
Faktı Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Gülmalı Orucov  da təsdiqləyib. Onun sözlərinə görə, rayonda aksiyanın keçirilməsi barədə məlumatlar həriqəti əks etdirmir: “Ağcabədidə aksiya keçirilməyib. Mən hazırda növbətçi hissədəyəm. Mətbuatda yayılan xəbərlər şayədir. Sadəcə olaraq, bu gün 3 nəfər binanın üstünə çıxaraq intihara cəhd edib, lakin operativ tədbirlərin nəticəsində onların həyatını xilas etmək mümkün olub”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda yaşayan məcburi köçkünlərin etiraz mitinqi təşkil etdiyi ilə bağlı məlumatlar yayılmışdı.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın