Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ağacları məhv edən restoran sahibi cərimələnib

Ağacları məhv edən restoran sahibi cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quruköküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.

Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 m2 torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.

Faktla bağlı “Bulaq” restoranının sahibi E. Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə AzərbaycanRespublikasının Baş Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın