Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Ağacan Abiyev taksi sürücüsü işləyən boksçumuzla görüşdü

Ağacan Abiyev taksi sürücüsü işləyən boksçumuzla görüşdü

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ehtiyac üzündən taksi sürücüsü işləyən Əməkdar idman ustası və prezident mükafatçısı boksçu Samir Məmmədovu qəbul edib.

Bu barədə AzNews.az-a S. Məmmədov özü məlumat verib.

“Ağacan Abiyev məni çağırdı, problemlə bağlı maraqlandı. Mənə köməklik edəcəyini söz verdi. O bildirdi ki, Azərbaycan boksunu illərlə təbliğ etmiş, bayrağımızı qaldırıb, himnimizi səsləndirmiş idmançımız layiqli işlə təmin olunmalıdır. Biz də bunu arzulayırıq”, – deyə boksçu qeyd edib.

İdmançının sözlərinə görə, Ağacan Abiyev məsələylə bağlı federasiya rəhbərinə də məlumat veriləcəyini qeyd edib: “Yəqin ki, Ağacan müəllim mənim taksi sürücüsü işləməyimdən xəbərsiz imiş. Vəziyyətimlə bağlı tam məlumatlı deyilmiş. İndi məlumat verdim, ondan sonra mənə kömək edəcəyini bildirdi. Biz də gözləyirik, görək necə olacaq. İnanıram ki, Ağacan müəllimin də köməkliyi ilə adıma və etdiklərimə layiq işlə təmin olunaram”.

Qeyd edək ki, AzNews.az 14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, gənclərin Avropa çempionatının qalibi, kişilər arasında Dünya kuboku və dünya çempionatının bürünc mükafatçısı, kişilər arasında Avropa 2-cisi boksçu Samir Məmmədovun ağır şəraitdə yaşamasıilə bağlı məsələni işıqlandırmışdı. Əməkdar idman ustası və prezident mükafatçısı S.Məmmədov saytımıza müsahibəsində ehtiyac üzündən taksi sürücüsü işlədiyini, bununla balalarını dolandırdığını bildirmişdi. Bu müsahibədən sonra isə Ağacan Abiyev idmançımızı qəbul edəcəyinə, onun problem ilə maraqlanacağına söz vermişdi.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın