Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Afaq Bəşirqızı: ‘Sentyabrdan səhnəyə qayıdacağam’

Afaq Bəşirqızı: ‘Sentyabrdan səhnəyə qayıdacağam’

“Artıq səhhətim yaxşıdır və yeni mövsümdə doğma teatrıma qayıdacağam”.

Bu barədə “Report”a Azərbaycanın xalq artisti Afaq Bəşirqızı məlumat verib.

O, teatr üçün darıxdığını bildirib: “Səhhətimlə əlaqədar bir müddət səhnədən uzaq qaldım. Doğma, Musiqili Teatrın kollektivi, səhnəsi üçün çox darıxmışam. Müalicələrim davam edir. Özümü yaxşı hiss edirəm. Allah qoysa, sentyabr ayından doğma teatrımın səhnəsinə qayıdacağam. Musiqili Teatrın kollektivi ilə 107-ci mövsümdə birlikdə olacağam”
Xatırladaq ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı mart ayında onurğa sütunundan əməliyyat olunub.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın