Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / Afaq Aslan Damlanın keşmişilə bağlı deyilənləri təsdiqlədi: “Pula görə yad kişilərin stollarının altından…”

Afaq Aslan Damlanın keşmişilə bağlı deyilənləri təsdiqlədi: “Pula görə yad kişilərin stollarının altından…”

Müğənni Afaq Aslan bir neçə gün əvvəl həmkarı Damla haqqında deyilən ittihamlara münasibət bildirib. 
Afaq Aslan həmkarı haqqında deyilən fikirləri təsdiqləyib. Müğənni dolayısı yolla həmkarını təhqir edib.
 
Moderator.azAfaq Aslanın  Damla haqqında bildirdiyi fikirləri təqdim edir:
“Bəli! Bu danılmaz həqiqətdir. İnsan gərək keçmişini unutmasın. İnsan gərək nankorluq edib onun üçün çəkilən əziyyətləri ayaq altına atıb tapdamasın. İnsan gərək vicdanının itirməsin. Bir insan ki, çıxıb yalan məlumatlarla min bir rola girirsə, çıxıb efirdə insanlara özündə olmayan keyfiyyətlərlə örnək olmağa çalışırsa, yalançı göz yaşlarıyla məsum və zavallı qadın obrazını özündə cəmləşdirərək tamaşaçı sevgisi qazanmağa çalışır. Bütün bunları edərkən heç düşünmür ki, məni hamı gözəl tanıyır? İç üzümü, yaşadığım həyat tərzini məni tanıyanlar yaxşı bilir. Bu insan düşünmür ki, birdən biri çıxıb məni ifşa edər. Həqiqətləri və həyat tərzimi üzə çıxarar. Mənim əsl simamı insanlara göstərə biləcək birinin qarşısında mən nə cavab verə bilərəm. Necə dana bilərəm bu həqiqətləri?
Həyatda saf sevginin nə olduğunu bilməyən bir qadın çıxıb efirdə insanlara ağıl öyrədir ki, sevgini ucuzlaşdırıblar, sevgini adiləşdiriblər. Bəli, belə maskalanan və həqiqətləri danan, özünü öz uydurduğu yalanlara  inandıran insanlardır ki, çıxıb cəmiyyətə namusdan, qeyrətdən, əxlaqdan və özlərində olmayan bir sıra keyfiyyətlərdən danışırlar.
Bir insanı sevmək, özünü və həyatını bir insana həsr etmək əxlaqsızlıq deyil. Hər bir qadının sevgiyə ehtiyacı var. Amma vay o gündən ki, pul müqabilində yad kişilərin stollarının altından keçə-keçə gəlib hansısa bir nöqtəyə çatasan. Səni sevən, sənə dəyər verərək adam edib ortalığa çıxaran insanın sevgisini və əziyyətlərini danıb ayaqlar altına atasan, sonra da çıxıb insanlara sevgidən və insanlıqdan örnək olmağa çalışasan.”

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …