Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Afət Fərmanqızı: Yoldaşım deyir ki, “bu şəkli harada çəkdirmisən?”

Afət Fərmanqızı: Yoldaşım deyir ki, “bu şəkli harada çəkdirmisən?”

“Sosial şəbəkə işi-gücü olan adama lazımdır. Məsələn, mən reklam edib pul qazanıram, toylarımı çəkib paylaşıram və toyları oradan tuturam. Toy da pul deməkdir. İşi-gücü olmayıb sosial şəbəkəsi olan adam isə mənə lazım deyil”.

Bu sözləri Cebhe.info-ya açıqlaması zamanı məşhur müğənni Afət Fərmanqızı deyib.

Hazırda Rusiyada olan sənətçi bildirib ki, dövlət adamlarının və məmurların da mütləq sosial şəbəkə hesabları olmalıdır ki, insanlar onlara müraciət edə bilsinlər:

“Amma bəzi cavan oğlanlar var ki, işi-gücü olmadan sosial şəbəkələrdə oturaraq onu-bunu təhqir edir və mesajlar yazırlar. İşi-gücü olmayıb sosial şəbəkəsi olan adam mənə lazım deyil. Amma işin-gücün varsa, sosial şəbəkədə olmalısan. Hansı sahədə olmağından asılı olmayaraq, iş adamısansa, hətta taksi sürücüsü və ya qapı-pəncərə ustası olsan belə, sosial şəbəkə istifadə etməlisən. Sözüm işi-gücü olmayıb sosial şəbəkədə avaralanan bəzi adamlaradır”.

Müğənni yaxın zamanlarda televiziyaların birində sosial şəbəkə hesabı olmayan bəy arzuladığını və arzusuna çatdığını etiraf edib. Buna münasibət bildirən Afət Fərmanqızı həyat yoldaşı üçün sosial şəbəkə hesablarını özünün açdığını saytımıza etiraf edib:

“Hesab açmışam ki, hara getdiyimi və toyu necə apardığımı görsün. Yoldaşım toyları aparmağıma canlı şəkildə “Instaqram”dan baxır. Sadəcə, bu məqsədlə ona profil açmışam. Profilinə 2-3 dənə köhnə şəkillərindən və restoranın şəklillərini qoymuşam. Amma ki, həyat yoldaşım aktiv sosial şəbəkə istifadəçisi deyil və ora sırf mənim üçün daxil olur”.

O, həyat yoldaşının “WhatsApp” istifadə etdiyini, amma sosial şəbəkələrdən anlayışının olmadığını söyləyib:

“Ümumiyyətlə, belə şeylərdə bilgili olan bir insan deyil və qəti başı çıxmır. Bununla bağlı gülməli bir əhvalatdan da bəhs etmək istəyirəm. Sosial şəbəkələrdə fanatlarım tərəfindən açılan 30-a yaxın “Afət Fərmanqızı” adlı profillər var. Yoldaşım deyir ki, “bu şəkli harada çəkdirmisən? Haçan paylaşdın ki, axı sən burada idin?” Mən də deyirəm ki, “axı mən şəkil paylaşmamışam”. Bu zaman fan səhifələrdə paylaşılan şəkilləri göstərir, amma onların mənim səhifəm olmadığını deyirəm. Yəni fan səhifənin nə olduğunu bilmir. Elə Afət Fərmanqızı adlı bütün profilləri harada görsə, hamısını izləyir. Hətta onların hansının mən olduğumu bilmirdi. Axırda öyrətmişəm ki, “mavi tık” olan profil mənim rəsmi profilimdir”.

Sənətçi, həyat yoldaşının telefonunu yoxladığını da etiraf edib:

“Biz bir-birimizə etibar edirik. Telefonlarımız ortalıqda və stolun üstündə olur. Telefonları nə səssizə qoyuruq, nə də ki, paroldan istifadə edirik. Qətiyyən bizim ailədə belə şeylər ola bilməz.

İkimizdə bir-birimizin telefonuna baxa bilirik. Yoldaşımın telefonunu yoxlamaq mədəniyyətsizlik deyil. Ancaq gizli işi olan adam belə deyə bilər. Qonşunun telefonuna baxmıram ki?! Öz ailə üzvümün telefonunu da yoxlayaram, o yana da keçərəm. Yoldaşımın telefonuna sadəcə kimlə danışdığı maraqlı olduğu üçün baxıram. Məsələn, bəlkə kimsə onu təsiri altına sala bilər. Bəlkə, mənim bilmədiyim məsələlər var. Üstəlik, ikimizin də düşmənləri var. Ona görə də o da baxmalıdır, mən də baxmalıyam. Hər şeyi də bir-birimizə deməliyik. Hətta əsəbiləşəcəyi nəsə olsa belə deyirəm ki, sonra başqasından eşidəndə “Afət bunu mənə demədi” söyləməsin. Mən həyat yoldaşıma hər şeyi deyirəm və maskalanmıram”.

Afət Fərmanqızı tezliklə Moskvadan oğlu üçün ev alacağını da açıqlayıb:

“Ümumiyyətlə, mənim pulumun həyat yoldaşıma aidiyyəti yoxdur. Bizim büdcələrimiz ayrıdır. Mən həmişə özüm qazanıb, özüm xərcləmək istəmişəm. Heç oğlumdan belə asılı olmaq istəməmişəm.

Yoldaşımın Rusiyada evləri var, amma yaxın aylarda öz toy qazancımla Moskvada oğluma ev almaq istəyirəm. Özümüzün burada evi var, amma oğlum üçün də almağı düşünürəm. Onunla bağlı da, çəkiliş edib paylaşacam. Yəqin ki, izləyicilərimə də maraqlı olar”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …