Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “Hamiləyəm”

Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “Hamiləyəm”

Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müğənni lent.az-a açıqlamasında hazırda Tovuzda, ata yurdunda olduğunu dilə gətirib:

“Hamiləliyimlə bağlı hazırda Tovuzda, ata evimdəyəm. Bakının havası mənə xoş olmadığı bura istirahətə gəlmişəm. Həm də ata evimi təmir etdirəcəm. Kimdənsə qaçıb gizlənmirəm, Tovuzdayam, yaşadığım, doğulduğum yer buradır. Məhkəməni də göndərsinlər bura iştirak edək. Bununla bağlı məhkəməyə də sənəd göndərilib”.

Afət Fərmanqızı həmçinin iş davam edən məhkəmə prosesindən də danışıb:

“Bu sənəd üzərində mənimlə Flora Kərimova arasında olan məhkəmədir. Ancaq elə deyil. Flora Kərimova kiməsə arxalanıb belə addım atır. Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! Mən heç yerdə çıxışlarımda ad çəkməmişəm. Binəqədi məhkəməsi 6 maddə pozuntusu ilə işi icraata götürdü. Vəkilim kifayət qədər savadlı adamdır. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciət etmişik”. 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …