Ana səhifə / Şou Biznes / Afət Fərmanqızıdan böyük tərbiyəsizlik: “Ölüsü-dirisi qəbirdə itlə yatsın”

Afət Fərmanqızıdan böyük tərbiyəsizlik: “Ölüsü-dirisi qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə təhqirlər səsləndirib.  O, haqqında xəbər yayan xəbər saytları ilə bağlı söyüşlər dilə gətirib. 

Afət Fərmanqızı instagram səhifəsində “Sığmazam” mahnısına qoyulan qadağa barəsində danışarkən gözünü yumub, ağzını açıb: 

“Dünən Zaurun verilişində olanda Zaur mənə zarafatla dedi ki, o mahnıya qadağa qoyulub. Mən də zarafatla dedim ki, o mahnını qonararla oxuyuram. Heç kəs o mahnıya qadağa qoymayıb. 

10 gün əvvəl o mahnını Tolikin verilişində də oxumuşam. Bu haqda səhv məlumat yazan saytının rəhbərinin ölüsü-dirisi qəbirdə itlə yatsın. Oğlan axtırıram, çıxıb desin ki, mahnıya qadağa qoyulub. Həmin adamı məhkəməyə verib, udacam. Azərbaycan Respublikasının konstitusiyasında belə bir maddə yoxdu ki, hansısa mahnıya qadağa qoyulsun”.

Həmçinin oxuyun

Ebru Gündeş Rza Zərrabdan Hadisəyə görə boşanır?İDDİA

Türkiyənin məşhur sənətçisi Ebru Gündeşlə Rza Zərrabın boşanma prosesində müğənni Hadisənin adı hallanıb. Türkiyə mətbuatı bildirir …