Cümə , Oktyabr 7 2022
Ana səhifə / Şou Biznes / Afət Fərmanqızı Flora Kərimovanı niyə məhkəyə verib? – “Mənəvi sarsıntı keçirirəm”

Afət Fərmanqızı Flora Kərimovanı niyə məhkəyə verib? – “Mənəvi sarsıntı keçirirəm”

Müğənni Afət Fərmanqızının Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkməsi davam edir.

Afət Fərmanqızı bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verərək Xalq artistinin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət cinayət əməllərini törətməkdə təqsirli bilinməsini, 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Lakin cinayət işi icraata qəbul edilməyib.

Afət Həsənova (Fərmanqızı) xüsusi ittiham qaydasında verdiyi şikayəti onunla əsaslandırıb ki, Flora Kərimova instaqram sosial şəbəkəsindəki hesabı vasitəsi ilə onun barəsində aşağıdakı şərhləri və ifadələri yazıb: “Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqət”, “Vay o günə ki, kişilərin artığı olasan”, “Uşaq cəlladı olmağına acıyıram”, “Dini kəbinə girib keçirdiyin sabaha güvənməyən qadın”.

Afət Fərmanqızı bildirib ki, yuxarıda qeyd edilən yazıda o, nalayiq formada təhqir olunub.

Müğənni deyib ki, Flora Kərimova onu “millət tərəfindən söyülən”, “kişilərin artığı”, “uşaq cəlladı” və dindən sui-istifadə edən sabahı naməlum qadın kimi ictimaiyyətə təqdim edib. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirib. Eləcə də, onun ictimai və işgüzar nüfuzunu alçaldıb.

“Bu təhqiredici yazı instaqram sosial şəbəkəsində kütləvi formada yayımlanıb.Yazının altından Kərimova Flora öz imzasını atmış və bu yazını instaqram tərəfindən təsdiqlənmiş profilində paylaşıb. Milyonlarca izləyicisi olan kütləvi yayımı olan “ATV” televiziya kanalında jurnalist Zaur Baxşəliyevin apardığı 03 dekabr 2019-cu il tarixdə həmin vaxt 3.383 nəfər izləyicisi olmuş “Baku Show news” televiziya verilişində vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir edib. Milyonlarca izləyicisi olan kütləvi yayımı olan “ARB” televiziya kanalında jurnalistlər Hüseynova bacılarının apardığı 13 mart 2019-cu il tarixdə həmin vaxt 173 950 nəfər izləyicisi olmuş televiziya verlişində vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir edib.

Minlərcə izləyicisi olan kütləvi yayımı olan “Son xeber.az” saytında 04 dekabr 2019-cu il tarixdə həmin vaxt 7977 nəfər izləyicisi olmuş vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir edib. Minlərcə izləyicisi olan kütləvi yayımı olan “flora kerimova_official” saytında 01 dekabr 2019-cu il tarixdə həmin vaxt 703 nəfər izləyicisi olmuş vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir edib”, – məhkəməyə təqdim olunan ərizədə qeyd edilib.

Daha sonra Afət Fərmanqızı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.

Həmçinin oxuyun

Nadir Qafarzadəyə ağır itki üz verib

Müğənni Nadir Qafarzadəyə ağır itki üz verib. İfaçı bildirib ki, bacısı Müqbilova Sərfinaz Əziz qızı …