Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / ADU-nun 5 dekanı işdən niyə çıxarılıb? – Açıqlama

ADU-nun 5 dekanı işdən niyə çıxarılıb? – Açıqlama

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev 5 dekanın işdən çıxarılması ilə bağlı məlumata aydınlıq gətirib.

A.Ağayev ADU-da ciddi və məqsədyönlü islahatların aparıldığını bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrə nail olmaq, ADU-da tədrisin keyfiyyətini yaxşılaşdırmaq və müasir tələblərə cavab verməsini təmin etmək, universitetin nüfuzunu gücləndirməkdir.

“Dekanların vəzifədən çıxarılmasına gəlincə, ADU Elmi Şurasının müvafiq qərarına əsasən, universitetin 5 fakültəsində dekan vəzifəsi vakant elan olunub. Bu zaman qanunvericiliyin bütün tələblərinə riayət olunub. Vakant vəzifələrin tutulması ilə əlaqədar müsabiqə elan edilib və müvafiq elan “Xalq” qəzetinin bugünkü sayında yerləşdirilib. Onu da qeyd edim ki, 5 fakültənin dekanı hələ ki işlərini davam etdirir və istəsələr, dekan vəzifəsinə seçkilərdə iştirak edə bilərlər. Bu seçkilərdə elan olunmuş tələblərə cavab verən istənilən şəxs, o cümlədən xarici vətəndaşların da iştirak hüququ var”,-deyə mətbuat katibi qeyd edib. (AzVision.az)

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın