Ana səhifə / Şou Biznes / “Adnan Oktar “Allahu Əkbər” deyib, çılpaq qızlarla…” – Dindarlardan etiraz

“Adnan Oktar “Allahu Əkbər” deyib, çılpaq qızlarla…” – Dindarlardan etiraz

ürkiyədə özünü təriqət rəhbəri hesab edən Adnan Oktar növbəti dəfə ikrah doğuran açıqlaması ilə gündəmə gəlib. O, A9 telekanalındakı çıxışında erməniləri yazıq millət, onlara nifrət edənləri isə “it” adalandırıb. Adnan Oktarın bu cür səfeh yanaşması ölkəmizdə də etiraza səbəb olub.

Azərbaycanın sələfi təriqətinin lideri, “Əbu Bəkr” məscidinin imamı Qamət SüleymanovAzVision.az-a açıqlamasında deyib ki, Adnan Oktar xəstə şüurlu insandır.

“Onun şəriəti İslamda nə təriqət sayılır, nə də qəbul olunur. Ümumiyyətlə, Adnan Oktar psixoloji problemi olan insandır. Ona görə də qəribə hərəkətlər edir. Təəccüblənmək lazım deyil. Onun kimi psixoloji problemi olan adamlar özlərini göstərmək üçün hər vasitədən istifadə edə bilərlər. Din vasitəsi ilə özünə nüfuz qazanmaq, diqqət mərkəzində olmaq istəyir. Ola bilsin ki, hansısa ölkənin maraqlarına və fikirlərinə xidmət edir. Onun söylədiyi fikirlərin dinlə heç bir əlaqəsi yoxdur. Mən ona xəstə insan kimi baxıram. O, arxasınca böyük bir kütləni apara bilməz. Özünə oxşayan adamları ətrafında toplaya bilər. Bir adamın moizələrinə ancaq özü ağıllı manikenlər qatılır, ondan nə gözləyirsiniz. Yaxşısı budur, psixoloji problemini aradan qaldırmaq üçün bir əlac tapsın”.

Din xadimi Hacı Təyyar da Adnan Oktarın nəinki dindar, normal insan olmadığını bildirib: “Belə bir məsəl var: “adam var, elm oxuyur ağlını itirir, adam da var, elm oxumadan ağlını itirir”. Məsəlin ikinci hissəsini Adnan Oktara ithaf edirəm. Onu normal insan kimi qəbul etmirəm. Əvəllər İslamın, ilahiyyat elmlərinin mütərəqqi fikirli mütəfəkkiri kimi qəbul edirdim. Bəzi məsələlərə sivil yanaşmaları xoşuma gəlirdi. Ancaq televiziyada çıxardığı hoqqalardan sonra siması bəlli oldu. Televiziyada anormal hərəkətlər edir, anormal fikirlər səsləndirir. Belə adamı normal düşüncəsi olanlar dəstəkləməz. Adnan Oktar arxasınca ancaq çılpaq qızları apara bilər. Ağıllı adam onun dediklərini niyə qəbul etsin ki?!

İŞID bu gün qara bayraqla Allahın, peyğəmbərin adından istifadə edib, super güclərin terror təşkilatı kimi dünyanı dağıdırsa, Adnan Oktar da “Allahu əkbər” deyərək ağlına gələni danışır”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın