Ana səhifə / Şou Biznes / Adı uşaq alverində hallandırılan baş həkim işdən çıxdı – QALMAQAL

Adı uşaq alverində hallandırılan baş həkim işdən çıxdı – QALMAQAL

Bir müddət öncə adı uşaq alveri qalmaqalında hallanan Sumqayıt Şəhər 1 saylı Doğum evinin baş həkimi Sevda İsgəndərli işdən çıxıb. Bu barədə Modern.az-a sabiq baş həkimin katibəsi məlumat verib. O qeyd edib ki, S.İsgəndərli öz ərizəsi ilə işdən çıxıb. Onun işdən çıxmasına səbəb kimi isə kollektivdən narazı qalması olub.

“Sevda xanım belə kollektivlə işləyə bilmədiyi üçün ərizə yazıb işdən çıxdı. Çox çətin kollektivdir və buradakıları çətin tərbiyə olunan uşaqlar üçün koloniyaya göndərmək lazımdır”,-deyə katibə çalışdığı kollektiv haqda deyib.

Hazırda baş həkimi onun müavini Gülsarə Qocayeva əvəz edir.

Qeyd edək ki, Sumqayıt şəhər 1 saylı Doğum evində tibb bacısı işləyən Samirə Babayeva bu səhiyyə müəssisəsində valideynləri tərəfindən imtina edilən uşaqların baş həkim Sevda İsgəndərli vasitəsilə başqalarına 10 min manata satılması haqda məlumat yaymışdı. Satılan uşaqların sayı-hesabının olmadığını deyən tibb bacısı qeyd etmişdi ki, ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım yazdırır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın