Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Adı Mahmud Quliyevlə hallanan model danışdı

Adı Mahmud Quliyevlə hallanan model danışdı

Model Əfsanə Qasımova son günlər adının Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevlə hallanmasına münasibət bildirib.
Unikal.orgxəbər verir ki, Qasımova ölkə.az-a açıqlamasında deyib ki, keçmiş icra başçısıyla nəinki sevgili deyil, heç onu şəxsən tanımır:
“Sizin sayta verdiyim açıqlamadan sonra hər kəs zəng vurub onunla sevgili olub-olmadığımı soruşur. Amma bunu adi məntiqlə də bilmək olar. Açıqlamamda bildirmişəm ki, həyatımda olan şəxs məndən iyirmi yaş böyükdür. Mahmud Quliyevlə yaş fərqimiz isə qırxa yaxındır. Yəni onunla aramızda heç bir münasibətdən söhbət gedə bilməz”.
Qeyd edək ki, bir müddət öncə Mahmud Quliyevin evlənəcəyi barədə verdiyi açıqlama, ardınca modelin keçmiş məmurla ailə quracağını deməsi yalnış anlaşılmışdı.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın